|
Rusiya vətəndaşlarının xaricdə 440 milyard dollarlıq sərvəti var

Rusiya vətəndaşlarının mülkiyyətində olan aktivlərin dəyəri 1,6 trilyon dollar təşkil edir. Bu həcmin dörddə birindən çoxu ölkə xaricində saxlanır.

Belə bir hesablama ilə Boston Consulting Group (BCG) çıxış edib. Şirkətin hazırladığı “Dünya sərvəti - 2020” hesabatında vətəndaşların əlində olan nağd vəsaitlər, depozitlər, səhmlər, istiqrazlar, investisiya, pensiya və sığorta fondlarındakı payları hesablanıb.

Rusiya vətəndaşlarının aktivləri 2019-cu il üzrə ölkənin Ümumi Daxili Məhsulunun 90 faizinə bərabərdir. Son 20 ildə aktivlərin həcmi 16 dəfə artıb.

BCG Rusiya Mərkəzi Bankının məlumatları əsasında ev təsərrüfatlarının maliyyə aktivlərini də hesablayıb. 2019-cu ilin 1 oktyabrında onların həcmi 72 trilyon rublavə ya 1,1 trilyon dollar təşkil edib. Beləliklə, ümumi rəqəmlər üzrə hesabladıqda aydın olur ki, Rusiya vətəndaşlarının xaricdə saxladıqları aktivlərinin həcmi 440 milyard dollara bərabərdir.