|
Ukraynada koronavirusa yoluxanların sayı azalıb

Ukraynada son 6 günün ən minimal yoluxma sayı qeydə alınıb.

Musavat.com xəbər verir ki, ötən 24 saatda 681 nəfərə koronavirus diaqnozu qoyulub. Eyni dövr ərzində 10 nəfər ölüb, 133 nəfər sağalıb.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 37 min 241 nəfərdə COVID-19 qeydə alınıb. Onlardan 16 min 642 nəfəri sağalıb, 1 012 nəfər isə dünyasını dəyişib.