|
Koronavirusa yoluxmuş deputat xəstəxanaya yerləşdirilib

Milli Məclisin koronavirusa yoluxmuş deputatı xəstəxanaya yerləşdirilib.

"Report" un əldə etdiyi məlumata görə, deputat Sahib Alıyev hazırda "Yeni Klinika"da müalicə alır.

Qeyd edək ki, Sahib Alıyev iyunun 20-də "Report"a açıqlamasında koronavirusa yoluxduğunu bildirmişdi.