|
Sərtləşdirilmiş karantin rejimində KİV-in hərəkətinə icazə veriləcək

Sərtləşdirilmiş xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə icazə veriləcək.
Bu barədə Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.