|
Yeni alınan 41 təcili yardım maşınının qiyməti açıqlandı RƏSMİ

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd Ambulans-Perinatal gətirilib.

İcbari Tibbi Sığorta Agentliyi Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobillərinin istehsalçısı “FCA Group”dur və avtomobillər Türkiyə Respublikasında istehsal olunublar.

Avtomobillərin Azərbaycanda rəsmi dilleri Autouniversal MMC-dir.

Təcili tibbi yardım avtomobilinin birinin alınmasına 60 min 770 manat (ƏDV daxil) məbləğində vəsait xərclənib. Avtomobillər aşağıdakı tibbi avadanlıqlarla təchiz ediliblər:

1. Ana xərək
2. Ana xərək matrası
3. Ana xərək xəstə kəməri
4. Ana xərək xəstə boyunluq kəməri
5. Ana xərək sistem asqısı
6. Ana xərək kilit sistemi
7. Ana xərək arxa rampası
8. Xəstə daşıma kreslosu
9. Portativ vakuum aspiratoru
10. Sabitlənmiş təzyiq ölçmə cihazı
11. İlk yardım tibb çantası
12. Oksigen balonu 10 lt
13. Oksigen vermək üçün borular və keçmələr
14. Oksigen balonu montaj bağlantıları
15. Oksigen ucluğu
16. Ventillyasiya oksigen bağlantısı
17. Oksigen tənzimləyicisi
18. Oksigen təzyiq ölçəni
19. Tavan sistem asqısı
20. Kardiomonitor

Ambulans-Perinatalın birinin alınmasına 85 min 550 manat (ƏDV daxil) məbləğində vəsait xərclənib. Avtomobillər aşağıdakı tibbi avadanlıqlarla təchiz ediliblər:

1. Ana xərək
2. Ana xərək matrası
3. Ana xərək xəstə kəməri
4. Ana xərək xəstə boyunluq kəməri
5. Ana xərək sistem asqısı
6. Ana xərək kilit sistemi
7. Ana xərək arxa rampası
8. Xəstə daşıma kreslosu
9. Portativ vakuum aspiratoru
10. Sabitlənmiş təzyiq ölçmə cihazı
11. İlk yardım tibb çantası
12. Oksigen balonu 10 lt
13. Oksigen vermək üçün borular və keçmələr
14. Oksigen balonu montaj bağlantıları
15. Oksigen ucluğu
16. Ventillyasiya oksigen bağlantısı
17. Oksigen tənzimləyicisi
18. Oksigen təzyiq ölçəni
19. Tavan sistem asqısı, süni nəfəs cihazı
20. Küvez, küvez daşıma və sabitləmə aparatı
21. Kardiomonitor
Bundan əlavə, Agentliyə Autouniversal MMC tərəfindən “Fiat Ducato” markalı minik avtomobili hədiyyə verilib.
Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu təcili tibbi yardım avtomobillərinin 39500 avroya (80 min manata yaxın) alındığını bildirirdi. İqtisadçı agentlikdən qiyməti açıqlamasını istəyirdi.