Prof. Rəşad Mahmudov görünür ağciyər transplantasiyası və onun icrası mexanizmləri haqqında mənim mətbuatdakı cixislarimla səthi tanış oldugundan inanmadigim tərzdə qəzəbli münasibətini bildirməkdən cəkinməmisdir. Mən "biz birlikdə güclüyük!" fəlsəfəsi əsasında müalicə komandasina öz tövsiyələrimi verirəm. Birgə akademik müzakirələrin məhsulu olan həmin tövsiyələrə əməl edib-etməmək müalicə heyətinin, xüsusilə heyətin rəhbərinin, Professor Rəşad Mahmudovun isidir, mustəsna qəraridir. Bir neçə gün qabaqkı çıxışlarımın birində qeyd etmişdim ki, çox böyük rəğbət bəslədiyim ünlü kardiovaskulyar cərrah professor Rəşad Mahmudovun qərarlarina və bu xəstənin sonrakı müalicə prosesində qəbul edəcəyi qərarlara sayğı ilə yanaşıram və yanasacagam. Bu saygının qarşılıqlı olmamasına sadəcə təəssuflənirəm. Mən hər cixisimda bu məsələnin hətta detalları üzərində elmi əsaslandırılmış fikirləri qətiyyətlə bildirmişəm. Konkret olaraq, COVİD-19 xəstələrində ağciyər transplantasiyasina - yeganə həyatqurtarici əməliyyata mütləq göstəriş(lər) olmalıdır və bu əməliyyat digər alternativ (konservativ, hətta palliativ cərrahi) variantlar tukəndikdən sonra icra edilir. İkincisi, ağciyər transplantasiyasi əməliyyatı qərarı verilmiş COVİD-19 xəstələrində yalnız və yalnız 3 dəfə qısa fasilələrlə SARS-COV-2 testi neqativ olduqdan sonra ənəliyyat qərarı verilir. Ardıcıl 3 diaqnostik testdən biri müsbət olarsa ağciyər transplantasiyası əks-göstərişdir və yerinə yetirilə bilməz. Yəni, xəstə orqanizmi, onun bütün orqanları və toxumaları virussuzlasdirilmalidir. Orqanizm, bütün orqanlar və toxumalar virusdan tamamilə təmizləndikdən, konkret tam eradikasiyadan sonra bu əməliyyatın icrası qərarı verilə bilər. Eyni zamanda bütün digər göstərişlər, əks-göstərişlər dəyərləndirilməli və real vəziyyətə uyğun müalicə strategiyası qurulmalıdır. Demək hazırkı günlərdə həkimlərin qarşısında duran əsas vəzifə bu xəstənin orqanizmini viruslardan təmizləməkdir. Bunun yolu isə ilk növbədə SARS-COV-2 virus mənbəyini, anbarını, generatorunu - konkret bu xəstədə ağciyərləri cərrahi xaric etməkdən keçir. Ağciyərlər onsuz da fəaliyyət gostərmirlər və onların bərpası ehtimalı minimuma yaxındır. Yox, əgər bu ehtimal yüksəkdirsə, heç olmasa orta həddlərə yaxındırsa, o zaman məmnuniyyətlə radikal cərrahi təklifimdən imtina etməyə hazıram. Bunun üçün müalicə heyəti xəstənin gerçək nəticələrini, homeostaz gostəricilərini və klinik statusunu ortaya qoymalı, seçdikləri müalicə taktikasının şəffaflığını təmin etməli və elmi əsaslandirmalidirlar. Ən azı ona görə ki, bu xəstənin taleyi ailəsi ilə bərabər ictimaiyyətin diqqəti, o cümlədən ölkənin prezidenti və birinci vitse-prezidentinin nəzarəti altındadır. Ağciyərlər fəaliyyət göstərmədiyi ucun xəstə düzgün olaraq ECMO cihazına qosulub və son 4-5 gündə öz agciyərləri ilə yox, bu cihaz vasitəsi ilə nəfəs alır. Ağciyərlərin qısa müddətlərdə, erkən muddətlərdə cərrahi xaric edilməsinin də elmi-praktik əsasları var. Söhbət digər orqanların, ilk növbədə həyati vacib orqanların (baş beyin, ürək, qaraciyər, böyrəklər və b.) viruslarla ekspansiyasinin, təcavuzunun, və nəhayət zədələnməsinin daha erkən qarşısının alınmasından gedir. Yalnız bu halda həmin orqanların və sistemlərin zədələnməsinin qarşısını almaq və onları virusdan təmizləmək mümkündür. Bu müddət dünya təcrübəsinə görə 1 aydan 74 günə qədərdir. Covid-19 xəstəliyinə görə sonuncu ağciyər transplantasiyası əməliyyatı keçirmiş 20 yaşlı qiz (Cikago, Dr Ankit Bharat, 5 iyun 2020) məhz 74 gün ECMO və süni tənəffüs aparatı altında müalicə almış və yaşamışdır. Təbii ki, bu müddətdən ağciyər transplantasiyasından sonrakı 6 günü çıxmaq lazımdır. Çünki iyun ayının 11-də xəstə hər iki cihazdan ayrılmış və həkiminə "biz qalib gəldik" demişdir. Yəni transplantasiyaya qədər xəstə 68 gün ECMO altında yasamisdir. Bu günə qədər, daha doğrusu, 2020-ci ilin fevral ayının 29-dan iyun ayının 11-nə qədər dünyada 10-a qədər COVİD-19 xəstəsinə ağciyərlərin geridonməz xəstəliklərinə, ilk növbədə ciddi fibrotok xəstəliyinə görə ağciyər transplantasiyası, onlardan 2-nə isə hər iki ağciyərin transplantasiyası əməliyyatları (18 yasli oğlan, Milan, "Polikliniko" xəstəxanası, İtaliya, Dr. Mario Nozotti, 18 may 2020 və 20 yaşlı yuxarıda qeyd etdiyim qız) yerinə yetirilmişdir. Sonuncu xəstə hələ də xəstəxanada müalicəsini davam etdirir. Xoşbəxtlikdən bu xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir, sevindiricidir. Arzu və dualar edirəm ki, sevimli sənətçimiz Bəhram Bağırzadə Prof. Rəşad Mahmudovun, elə mənim özümün də, bütün xalqimizin istədiyi kimi olduqca ağır, mürəkkəb, əziyyətli və bahalı cərrahi əməliyyat - ağciyər transplantasiyası keçirmədən tezliklə, mümkün qədər qısa müddətlərdə evinə, sevimli ailəsinə, uşaqlarına, cəmiyyətə və incəsənətimizə qayıtsın. Amin!!!
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasinin Dossenti Ədalət Rüstəm
cia.az
