|
Arvadının model və milyarderlə eşq yaşadığını iddia etdi

Məşhur Hollivud ulduzu Cohnni Depp keçmiş arvadı Amber Heardla bağlı hər kəsi şok edən açıqlama verib.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Depp evlilikləri ərəfəsində milyarder Elon Musk, ingilis model Kara Delevinq və arvadı Heardın sevgili olduğunu deyib. Onların üçünün eşq yaşaması iddiası qısa zamanda bütün sosial şəbəkədə və mediada yayılıb.

Heardın onunla bağlı irəli sürdüyü bütün dəlillərin saxta olduğunu sübut edən 57 yaşındakı aktyor keçmiş arvadını məhkəməyə verərək, 50 milyon dollar təzminat istəyib. Deppin məhkəməyə təqdim etdiyi ərizədə bu məsələ də yer alıb.

Üç sevgilinin Deppin Los-Ancelesdəki evində bir araya gəldikləri vurğulanıb. Onlara aid video görüntülər də yayılıb.