Əməkdar artist Aybəniz Haşımova ayağındakı problemin hələ də sağalmadığını bildirib.
Musavat.com xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb. O, 19 gündür ayağa qalxa bilmədiyini söyləyib:
"Həkimim ilk gündən ayağımın sağlam olduğunu dedi və yeriyə biləcəyimə ümid verdi. 19 gündür ki, yatılı vəziyyətdəyəm, sol ayağımı yerə basa bilmirəm. Dünyada “qızıl yel” qədər mədəniyyətsiz xəstəlik yoxdur. Bunun 19 gündür mənə yaşatdığını bir mən, göydəki Allah, bir də yanımda qayğımı çəkənlər bilir. Allah hamımızdan razı olsun. Həkimim sayəsində inşallah ayağa qalxacam".
