|
Qonşusunu güllələyən şəxslə bağlı məhkəmə qərarı- həbs müddəti uzadıldı

Oğuzda qonşusunu ov tüfəngi ilə qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, qətl törətməkdə ittiham edilən Zərqəm Məsimov Oğuz Rayon Məhkəməsində hakim önünə çıxarılıb.

İstintaq orqanının təqdimatına əsasən məhkəmə Zərqəm Məsimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

Z.Məsimov barəsində açılmış cinayət işi üzrə istintaq davam edir.
Cinayət hadisəsi rayonun Kərimli kəndində baş verib.

Məlumata görə, rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elşən Firudin oğlu ov tüfəngi ilə güllələnərək öldürülüb.
Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Zərqəm Məsimov saxlanılıb.