|
Mir Şahin:

Vəziyyət pisləşir. Qanunlara riayət etmək lazımdır, bir-birindən azadlıq, insan haqqı və s. yox, sosial məsuliyyət, tabeçilik tələb etmək vaxtıdır.

Axar.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev sosial şəbəkə hesabında yazıb.

Tanınmış jurnalist bildirib ki, vətəndaş özünü virusa yox, immunitetə çevirməlidir:

“Dövlətin iradəsinə yenilməsək, virusa yeniləcəyik! Sosial şəbəkələrdəki qeyri-ciddiliyi kənara atın. “Virus var, virus yox?!” bambılılığını bitirin. Cəhalətdən, axmaqlıqdan, məsuliyyətsizlikdən ölməyin! Vaxt yoxdu!”