|
Qəbələ sakinindən silah götürülüb

Qəbələ sakinində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydınqışlaq kənd sakini E.Yahyayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.