|
Beyləqanda evlərdən oğurluq edən şəxs tutulub

Beyləqan rayonunda evlərdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 900 manat pul və geyim əşyaları, 1 evdən isə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə saxlanıb.

Ətrafında aparılan tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin həyətindən 1320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib.