Bakıda gözəllik salonu və ofisdə oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan 1700 manat pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyən edilib.
