|
AzTV-nin mətbuat katibi işdən çıxdı

Mübariz Aslanov Azərbaycan Dövlət Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən çıxıb.

 

Axşam.az xəbər verir ki, Mübariz Aslanov məlumatı öz sosial media hesabında təsdiqləyib

“Dostlar, artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir” deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib.

Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.

M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" agentliklərində fəaliyyət göstərib.