Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin bölgəsində “Pençe-Kartal” şərti adı altında yeni genişmiqyaslı antiterror əməliyyatı keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, nazir Hulusi Akar Quru Qoşunları Komandanlığında yaradılan əməliyyat qərargahından prosesin icrasına nəzarət edib. Hərbi Hava Qüvvələrinin qırıcıları ilə yanaşı pilotsuz uçuş aparatları da əməliyyata cəlb olunub.
Qyed edək ki, iyunun 15-də İraqın şimalındakı Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan, Gara və Hakurk bölgələrində PKK terror təşkilatının 81 hədəfi aviasiya qüvvələri tərəfindən vurularaq darmadağın edilib.
