|
Hamlet Xanızadənin həyat yoldaşı dünyasını dəyişib

Hamlet Xanızadənin həyat yoldaşı dünyasını dəyişib

Azərbaycan SSR-nin əməkdar artisti, teatr və kino aktyoru  Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının ("Azdrama") mətbuat katibi Cavid Zeynallı sosial şəbəkədə  məlumat verib.
O, qeyd edib ki,  N.Xanızadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Hamlet Xanızadə isə 1990-cı ilin fevralın 3-də- 48 yaşında ürəktutmasından dünyasını dəyişib.