- Bakıda bir çox marketlərdə meyvə qıtlığı yaşanır.
Musavat.com xəbər verir ki, iki günlük sərt karantin sonrası bəzi marketlərin vitrinləri boş qalıb.
Marketdə çalışanların sözlərinə görə, buna səbəb rayonlardan meyvə-tərəvəzin gəlməməsidir.
Ötən gün Bakının girişində tıxac olduğu üçün meyvə-tərəvəz gətirənlər şəhərə vaxtında daxil ola bilməyiblər. Bu səbəbdən, konkret desək metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən "Araz" marketdə fotodan da göründüyü kimi meyvə vitrini boşalıb.
Onu da qeyd edək ki, ötən illərlə müqayisədə Bakıda mövsümü meyvələrin qiyməti xeyli bahadır. Hazırda marketlərdə 1 kiloqram gilasın 8 manatdan baha satıldığını görmək olar. Qiymətlərin bu cür bahalığı da mağaza rəhbərliyi tərəfindən məhsulun qıt olması və ya çatdırılmanın çətinliyi ilə əlaqələndirilir.


