|
Türkiyədə yeni yayılan virusun təhlükəsi artır:

Türkiyədə bu günə qədər gənə dişləməsi səbəbindən baş verən ölümlərin sayı səkkizə çatıb.

Bu infeksiyaya yoluxan 492 nəfərin 82-si sağalıb.

CCHF virus infeksiyası (Crimean-Congo Hemorrhagic Fever Virus Infection) adlanan bu xəstəliyə dünyanın 30-dan çox ölkəsində rast gəlinib.

Türkiyədə bununla bağlı Sivas, Tokat, Yozqat, Giresun rayonlarında xüsusi xəstəxanalar ayrılıb.