|
Polis rəisi işdən çıxarıldı

Bakıda polis rəisi işdən çıxarılıb.

CİA.Az Milli.Az-a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin rəisi, polis polkovnik leytenantı Ələddin İsmayılov vəzifəsindən alınıb.

Ə.İsmayılov vəzifədən alınmasını təsdiqlədi: “Görünür, belə məsləhət idi. Hazırda polis kimi fəaliyyətimi davam etdirirəm, peşəmə sadiqəm”.