|
16 yaşlı idmançı faciəvi şəkildə ölüb

Fransalı alpinist Lyusi Dyudi Qrenobl yaxınlığındakı dağlarda faciəvi şəkildə dünyasını dəyişib.

"Report" NBC-yə istinadən xəbər verir ki, 16 yaşlı idmançı 150 metrlik uçurumdan yıxılıb.

Qeyd edək ki, Lyusi Dyudi qayaya dırmanma üzrə gənclər arasında dünya çempionatının qalibi olub. O, 2019-cu ildə böyüklərin mundialında iştirak edib.