|
İranı dağıtmaq üçün 10 milyard

“İranda məzhəblərarası qarışıqlıq yaratmaq üçün BƏƏ tərəfindən 10 milyard dollar vəsait ayrılıb”.

Axar.az xəbər verir ki, bu barədə Dubayın sabiq polis rəisi Zahi Xəlfan özünün Tvitter səhifəsində yazıb. Sabiq polis rəisi bununla bağlı İranda QHT yaradıldığını bildirib:

“Bu QHT-nin məqsədi iranlıların məzhəbini dəyişdirməyə təşviq etməkdir. Həmin təşkilata fars və ərəb dillərini yaxşı bilən iranlılar cəlb olunub. Biz onların köməkliyi ilə öz məqsədimizə nail olmağı planlaşdırmışıq”.