Bu ilin 4 ayında Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmində ciddi azalma qeydə alınıb.
CIA.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 1 may tarixinə əhali tərəfindən ölkə banklarına qoyulmuş əmanətlərin həcmi 7 milyard 758 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz az deməkdir.
Bu ilin 1 may tarixinə Azərbaycan üzrə kredit qoyuluşlarının həcmi 15 milyard 146,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz yüksək göstəricidir. Dörd ayda ölkədə vaxtı keçmiş kreditlərin həcmi də ötən ilin eyni dövrünə nəzərən 18 faiz azalaraq, 1 milyard 232,4 milyon manat təşkil edib.
