|
Ermənistan hökuməti fövqəladə vəziyyət rejimini uzadacaq

Ermənistanda koronavirusa görə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadılacaq.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxanların sayının artması ciddi problemlər yaradır.

Qeyd edək ki, son məlumatlara görə, iyunun 9-da ölkədə daha 350 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virusa yoluxanların sayı 13 min 675 nəfərə yüksəlib.

Pandemiyadan ölənlərin sayı isə daha 6 nəfər artaraq 217-yə çatıb. Hazırda Ermənistanda 8943 aktiv koronavirus xəstəsi var. Fövqəladə vəziyyət rejimi iyunun 13-ə qədər qüvvədədir.