Tovuzun Əyyublu kəndindəki zorlanma hadisəsinin sorağından sonra “qəhrəmanları” olmasa da, onların yaxınları Bakıya gəliblər. G.N. adlı qızı zorlamaqda ittiham edilən 4 nəfərdən biri - Elməddin Niyazovun ailəsi və yaxınları Baş Prokurorluğun qarşısına toplaşıblar. Elməddinin ailə üzvləri baş prokuror Zakir Qaralov tərəfindən qəbul olunmalarını istəyirlər. Artıq həmin şəxslərdən bir neçəsi Baş Prokurorluğa dəvət olunaraq söhbət aparılır.
Rəis Kamal Qılıcovun qəbuledib. Valideyn qəbulda hadisənin təfərrüatlarını danışıb.
Ananın sözlərinə görə, rəis bildirib ki, hadisə artıq ictimailəşib və məsələyə, şübhəsiz, qanuni şəkildə baxılacaq.
Qeyd edək ki, Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Zorlamada şübhəli bilinən 4 nəfər saxlanılıb.(milli.az)
