|
13 illik evlilik bitdi

“Forsaj” filminin aktrisası Cordana Brüster 13 illik həyat yoldaşı, prodüser Endryu Formdan boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə keçmiş cütlüyə yaxın mənbələrdən biri “People” nəşrinə müsahibəsi zamanı bildirib.

 

O bildirib ki, aktrisa və əri artıq bir neçə ay əvvəl sakit və dostcasına ayrılıb.

Qeyd edək ki, Cordana və Endryunun bu evlilikdən 2 oğlu var.