|
İmişlidə evdən 10 min manatlıq oğurluq edilib

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarışları tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən üç nəfər saxlanılıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, onlardan biri - Elbrus Allahyar oğlu Muradov rayon sakini Qismət Abbasova məxsus evdən 5 000 manatlıq qızıl-zinət əşyaları, 4 000 manat və 650 ABŞ dolları aparıb.

Bundan başqa, Umud Umudlu və Qəzənfər İsaqlı iki baş iribuynuzlu heyvan oğurlayarkən saxlanılıblar.

Hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.