Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib. “Report” xəbər verir ki, həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər. **** Bu gün daha 122 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq. Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib. O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”. Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub.
