|
Moskvada gün ərzində 51 nəfər koronavirusdan ölüb

Son sutka ərzində Moskvada daha 51 nəfər yeni növ koronavirus infeksiyası səbəbi ilə ölüb.

“Report” xəbər verir ki, bu barədə koronavirus infeksiyası ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə Operativ Qərargahından məlumat verilib.

“Son sutka ərzində Moskvada 51 xəstə ölüb. Onların hamısına sətəlcəm diaqnozu qoyulmuşdu və koronavirus testlərinin nəticələri müsbət idi”, - məlumatda bildirilir.

Ümumilikdə, paytaxtda belə diaqnozlu 2970 nəfər ölüb.

Koronavirus xəstələrinin sayına görə Rusiyada birinci yeri tutan Moskvada son gündə daha 1956 nəfər virusa yoluxub, ümumi yoluxanların sayı 195017 nəfərə çatıb. Şəhərdə 102714 xəstə sağalıb.