|
Sibel Can Mayamidəki evini satır

Afroamerikalı Corc Floydun öldürülməsindən sonra ABŞ-da kütləvi iğtişaşların başlaması müğənni Sibel Canı qorxuya salıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi mayamidəki evini satışa çıxarıb.

 

Koronavirus infeksiyasından sonra Amerikaya getmək istəməyən Can etirazlardan sonra qərarını qətiləşdirib. İfaçı oradakı əmlakçılarla əlaqə yaradaraq evin satışa çıxarılmasını tapşırıb.