Suriyanın Qamışlı şəhərində terrorçu kamikdze özünü partladıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət teleqraf agentliyi bildirib. "Kamikadze özünü Qamışlıda, Xelku ərazisində partlatdı. Zərərçəkən yoxdur", - agentlik yazıb. “Şam” FM radiostansiyası isə öz növbəsində mənbələrinə istinadən bildirib ki, terror aktı nəticəsində bir neçə insan həlak olub, həmçinin dinc əhali arasında da yaralananlar var.
