|
Bakıda intihar edən tələbə qız "vağzalı" ilə son mənzilə yola salındı

Bakıda intihar edən tələbə qız "vağzalı" sədaları ilə dəfn edilib.

1999-cu il təvəllüdlü, Bakı şəhər, Nərimanov rayon sakini Günel Nağdıyeva iyunun 4-də intihar edib.

Mərhum ailə üzvləri tərəfindən "vağzalı" sədaları altında son mənzilə yola salınıb.

Xatırladaq ki, Günelin intiharı ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin məlumata görə, mərhum məcburən evləndirildiyi üçün özünü öldürüb.

Qeyd edək ki, Günel Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub.