Deputat Naqif Həmzəyev Milli Məclisdəki çıxışında Hindistandakı Azərbaycan vətəndaşların Azərbaycana gətirilməsinə görə Prezidentə, hökumətə, səfirliyə təşəkkür etdi. Həmçinin N.Həmzəyev koronavirusa yoluxma hallarına görə Bakıdan sonra Gəncə şəhərinin irəlidə olduğunu təəssüflə qeyd etdi. Deputat qeyd etdi ki, insanlar məhdudiyyətlərə əməl etmir.
Sahibə Qafarova "Naqif müəllim, maarifləndirmə işini tək burda yox, Gəncədə də aparmaq lazımdır"-deyə, bildirdi.
