|
Psixiatriya xəstəxanasında müalicə olunan şəxs vəfat edib

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Report" xəbər verir kii, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə alan 1973-cü il təvəllüdlü Cavadov Fuad Cavad oğlu naməlum səbəbdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.