|
Aleksandr Lukaşenko ölkəyə yeni Baş nazir təyin edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonu ölkəyə Baş nazir təyin edib.

“Report” xəbər verir ki, məlumatı “BelTA” yayıb.

R.Qolovçenko bundan əvvəl Belarus Dövlət Hərbi Sənaye Kompleksinin rəhbəri işləyib. 

A.Lukaşenko iyunun 3-də hökuməti istefaya göndərib.

Xatırladaq ki, avqustun 9-da Belarusda növbəti prezident seçkisi keçiriləcək.