|
"Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq"

Hazırda AzTv-nin efirində Baş Nazir Əli Əsədov çıxış edib.
Əli Əsədov dünən Operativ Qərargahın brifinqində gündəmə gətirilən bəzi məsələlərə aydınlıq gətirib.
Baş Nazir çıxışında bu məsələlərə detallı şəkildə izah verib.

Qeyd edək ki, müzakirə olunan əsas məsələlər cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərlə küçəyə çıxma qadağası, mağazaların bağlanması və hərəkətin tam məhdudlaşdırılmasıdır.