Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.
APA-nın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsi keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş, 1962-ci il təvəllüdlü İ. Əliyevin həyətindəki əl damından 5 kq-dan çox marixunana, dibçəklərdə əkilən 1 kq-a yaxın çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
