|
"Emin 444"ün qətli ilə bağlı məhkəmə başladı, vəsatətlər təmin edilmədi

Kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovu qətlinə görə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətli törətməkdə təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə araşdırmasına başlanıb.

Vəkil Ceyhun Yusifov vəsatət verərək müdafiə etdiyi Zaur Yusifova münasibətdə cinayət işinə xitam verilməsini istəyib.

Zərərçəkmiş tərəf isə vəsatət verərək cinayət işinin ağırlaşdırılması üçün istintaq orqanına qaytarılmasını tələb edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses iyunun 9-da davam etdiriləcək.

Pulum da, adamlarım da var” - “Emil 444”ün qətlini sifariş edənin ...

Emin Səfərov (Emin444)

Qeyd edək ki, qətl hadisəsi 2019-cu ilin may ayının 9-da baş verib.

Kriminal hesablaşma zamanı "Emin 444" ləqəbli şəxs Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev tərəfindən bıçaqlanıb.

Emil 444 ilə birgə bıçaqlanan şəxs xəstəxananı tərk edib

Hadisənin iştirakçısı kimi idmançı Zaur Yusifov da həbs edilib.

Bildirək ki, "Emin 444" bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmə yaxınlığı ilə tanınıb. O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.