Azərbaycanın ilk təhsilli bəstəkarı hesab olunan Asəf Zeynallının məzarı baxımsız vəzizyyətdədir. Musavat.com bildirir ki, ötən gün sosial şəbəkələrdə bununla bağlı foto yayılıb. Müzakirələrə səbəb olub fotodan da aydın olur ki, məşhur bəstəkarın məzarı uzun müddət diqqətdən kənarda qalıb. Əksəriyyət bu vəziyyətin tezliklə aradan qaldırılmasını tələb edib. Həmçinin məzarın I Fəxri Xiyabana köçürülməsi ilə bağlı da fikirlər səslənib.
Xatırladaq ki, Asəf Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olub. Azərbaycan musiqi tarixində ilk romanslar və ilk uşaq musiqi repertuarı Asəf Zeynallının adı ilə bağlıdır.
Bəstəkar Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada qarın yatalağı xəstəliyinə tutulur. Bir müddət müalicə almasına baxmayaraq, bəstəkar 23 yaşında dünyasını dəyişir.
![]()
