|
Qənirə Paşayeva Baş nazirə müraciət etdi

Deputat Qənirə Paşayeva Tovuzda keçirdiyi görüşlərdə seçicilərin qaldırdığı problemlərlə əlaqədar olaraq müvafiq qurumlara müraciət etdi.

Deputat dedi ki, kənd təsərrüfatını suvarma sistemi mövcud olmadan inkişaf etdirmək mümkün deyil: “Əgər bu mövsüm də quraqlıq şəraitində keçərsə, biz çox ciddi problmlərlə üz-üzə qalacağıq”. Q.Paşayeva suvarma sisteminin təkmilləşdirilməsi, suyun ədalətli bölüşdürülməsi ilə prezidentin müvafiq tapşırıqlar verdiyini xatırlatdı: “Mən hörmətli Baş nazirimiz Əli müəllimə müraciət edirəm, Tovuz rayonu ilə bağlı bağlı iki layihə reallaşdırılsa, mühüm hadisə olar. Zəyəm çayı üzərində su anbarının tikintisi həyata keçirilsə, bu, təkcə Tovuzun yox, Şəmkirin də xeyli sayda əhalisini suvarma suyu ilə təmin edəcək. İkinci tərəfdən Kür çayından Qovlar şəhərinə su vurularsa, çoxsaylı kəndlərin problemləri aradan qalxar. Mən hörmətli baş nazirimizi, hökumətimizi bu məsələlərə baxmağa çağırıram”.