Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələrdən bir neçəsi polis əməkdaşları tərəfindən saxlanıb.
Musavat.com xəbər verir ki, həmin tələblər 100 manat cərimə edilərək sərbəst buraxılıb.
Tələbələrdən birinə isə 15 sutka inzibati həbs cəzası verilib.
Bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Həmin tələbə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi Rüstəm İsmayılbəylidir.

İkinci kurs tələbəsi olan Rüstəm saxlanmış 6 tələbədən biri olub.
Xatırladaq ki, dünən bir qrup tələbə icazəsiz aksiya keçirərək karantin rejimi ilə əlaqədar dərs keçirilmədiyi üçün ikinci semestr üçün ödənişin və imtahanların ləğv olunmasını tələb edirdilər.
