|
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.