|
Rusiyadan daha 175 Azərbaycan vətəndaşı ölkəyə gətirildi FOTO

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər  Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki,  çarter reysləri  AZAL tərəfindən  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.