|
Koronavirus aşkarlanmazdan öncə pnevmoniyadan müalicə olunmuş şəxslər təkrar müayinə olunacaqlar

“Koronaviursa yoluxma təsdiqlənməzdən öncəki dövrdə pnevmoniyadan müalicə olunmuş insanları da dəvət edəcəyik ki, virusa yoluxmanın daha öncə olub-olmadığını müəyyənləşdirək”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı pnevmoniyaya yoluxduğu təsdiqlənmiş şəxslərə müraciət edib:

“Bu, xəstəliyin daha əvvəl Azərbaycanda olub-olmamasını müəyyənləşdirmək üçün vacibdir”.
(APA)