|
Zakir Qaralovun səlahiyyət müddəti başa çatır
Aprel ayının 25-də baş prokuror Zakir Qaralovun səlahiyyəti müddəti başa çatır. 
Cia.az xəbər verir ki, Z. Qaralov 2000-ci il aprelin 25-dən bu vəzifədədir. 
Bundan başqa aprelin 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevin də səlahiyyət müddəti başa çatır. 
Milli Məclisin növbəti iclaslarında həmin vəzifələrə namizədlərin müzakirəyə çıxarılaraq təsdiq olunacağı gözlənilir.