|
Azərbaycanda müvəqqəti yaşamaq icazəsi almaq istəyən əcnəbilərlə bağlı açıqlama

"Hazırda Azərbaycanda 134 min 298 nəfər əcəbi yaşayır".

Bunu bir jurnalsitlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, onlar arasında əsas çozluöu Rusiya, Gürcüstan və İran vətəndaşları üstünlük təşkil edir.

Xidmət rəisi açıqlamasında bildirib ki, ölkədə yaşayan əcnəbilərin DMX-nin "çağrı mərkəzi"nə müraciətləri 4 dəfə artıb.

V.Hüseynov bildirib ki, artıq xarici vətəndaşların ölkədə qalmaq üçün icazə üçün müraciət etməsi mümkündür: "Tam olaraq fəaliyyət bərpa olunub. Xarici vətəndaşlar müvəqqəti yaşayış icazəsi almaq üçün müraciət edə bilərlər".