|
Azərbaycanda yaşayan əcnəbilər arasında koronavirusa yoluxanlar var

"Azərbaycanda yaşayan əcnəbilər arasında karantinə yerləşdirilən şəxslər var".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, karantinə yerləşdirilən əcnəbilər arasında koronavirusa yoluxma halı da mövcuddur.

Xidmət rəisi söyləyib ki, pandemiya dövründə Azərbaycanda müvəqqəti yaşamaq icazəsi məcburi uzadılan əcnəbilərdən əlavə rüsum tələb edilməyib.