|
İŞİD girovları azad etdi

İŞİD terror qruplaşması 8 ay əvvəl Şimali İraqda girov götürdüyü yezidi kürdləri azad edib.
Aralarında çoxlu sayda uşaq və qadının olduğu 200 nəfərlik yezidi ilə bərabər 2 xristian da terrorçular tərəfindən sərbəst buraxılıb. 
İraq rəsmiləri bu barədə verdikləri açıqlamada azad olunan yezidilərin səhhətində ciddi problemlər olduğunu və girovluqda olan zaman zorakılığa məruz qaldıqlarını deyib. 
40-a qədər uşağın da yezidilərin müalicə edilmələri üçün Ərbilə göndərildiyi bilrilib.
Qeyd edək ki, İŞİD tərəfindən Sincar bölgəsində girov götürülən onlarla yezidi ötən ilin avqust ayında terrorçuların əlindən qaçmağı bacarmışdı.