|
Çin Avstraliyaya qarşı təzyiqlərə başlayıb

Çin Avstraliyanı koronavirus infeksiyasının yayılması ilə bağlı Pekinə qarşı ittihamlarına görə cəzalandırmağa başlayıb.

Belə ki, Çin rəsmiləri Avstraliyadan idxal edilən dəniz məhsulları, yulaf əzməsi(ovsyanka) və meyvələrin siyahısını hazırlayıblar.

Bu məhsullar Çin tərəfindən antidempinq təqiblərinə, ən sərt keyfiyyət yoxlanışına, əlavə tarif və gömrük ləngidilməsinə məruz qoyulacaq.

Bloomberg agentliyinin Çindəki mənbələrinə istinadən yaydığı məlumata görə, bu tədbirlər ölkə KİV-ləri vasitəsilə Avstraliya məhsullarına qarşı boykot çağırışları ilə müşayiət olunacaq. Çinə ixracdan xeyli asılı olan Avstraliya pandemiyanın yaranma səbəblərinin araşdırılmasını tələb etməklə Pekinin qəzəbinə səbəb olub. Çin sədri Si Tsizinpin hökumətinin koronavirusla mübarizəsinin kölgə altına alınmasına çox həssas yanaşır. Eyni zamanda o, son illərdə müxtəlif ölkələrə qarşı iqtisadi alətlərdən aktiv istifadə etməyə başlayıb. Məsələn, Cənubi Koreya, Yaponiya və Tayvan ciddi ticarət təqiblərinə məruz qoyulub. İndi isə eyni addımlar Avstraliyaya qarşı atılır. Artıq Pekin tərəfindən Avstraliyanın dörd heyvandarlıq əyalətindən ətin idxalını dayandırıb. Eyni zamanda ötən həftədən bu ölkədən idxal olunan arpaya 80 faizədək əlavə rüsum tətbiq edib.

Pia.az - “Çin İranla əməkdaşlığı möhkəmləndirməyə hazırdır“ - Si ...

Çin sədri Si Tsizinp

Bloombergin mənbələrinin dediyinə görə, növbəti addımlar Avstraliyanın Çinin “etirazına” münasibətindən asılı olacaq. Bütün bunları edərkən Pekin heç bir halda iqtisadi alətlərdən siyasi təzyiq məqsədilə istifadə etdiyini boynuna almayacaq.

Çinin tətbiq etdiyi məhdudiyyətlər Avstraliya şirkətlərinin dəyərsizləşməsinə gətirib çıxarmaqdadır. Məsələn, Çinə süd ixracının 40 faizini həyata keçirən A2 Milk Co. Şirkətinin səhmləri 3,9 faiz dəyər itirib.

Avstraliyanın ticarət naziri Saymon Birminhemin ofisindən bu məsələni şərh etməkdən çəkiniblər. Çinin Xarici İşlər Nazirliyindən də tərtib olunan siyahı barədə sualı cavablandırarkən detallara toxunmadan hökumətinin həmişə ziddiyyətləri kənara qoyaraq “ümumi dil tapmağa” çalışdığı vurğulanıb.

Education Minister Simon Birmingham drawn into citizenship scandal ...

Saymon Birminhem

Qeyd edək ki, Çin Avstraliyanın ən böyük ticarət tərəfdaşıdır. 2018-2019-cu illərdə bu ölkəyə satılan yalnız kənd təsərrüfatı məhsullarının həcmi 10 milyard dollar təşkil edib. Çinin Avstraliyadan şərab idxalı 754 milyon dollara, süd məhsulları idxalı isə 564 milyon dollara çatıb. Hələlik məhdudiyyət siyahısına dəmir filizi, kömür və təbii qaz daxil edilməyib – Çinin bu məhsullara tələbatı böyükdür. Lakin Avstraliyadakı Pekin səfiri ötən ay Çin tələbələri və turistlərini ölkəni boykot etməyə çağırmışdı.

2015-ci ildə iki ölkə arasında azad ticarət haqqında saziş imzalansa da, münasibətlərdəki gərginlik illərdir artmağa davam edir.

2018-ci ildə Avstraliya xarici müdaxilələr haqqında qanun qəbul etməklə yanaşı, Çini özünün daxili işlərinə , xüsusilə KİV və təhsil sahəsinə müdaxilədə ittiham etmişdi. Ölkə həmçinin ABŞ-la birlikdə Çinin Huawei Technologies Co. Şirkətinə öz ərazisində 5G texnologiyasını qurmağı qadağan edib. Bu addıma qarşı Çin də Avstraliyadan idxal olunan arpa ilə bağlı məhdudiyyətə başlayıb. Eyni zamanda Avstraliya məhsullarının öz limanları vasitəsilə daşınmasına müxtəlif maneələr tətbiq edib.

Politics podcast: Rory Medcalf on the security implications of ...

Rori Medkalf

Kanberredə yerləşən Avstraliya Milli Universitetinin Milli təhlükəsizlik kollecinin rəhbəri Rori Medkalf Bloombergə bildirib ki, “Çin son 10 ildə müxtəlif ölkələrə qarşı iqtisadi təzyiqləri təcrübədən keçirməkdədir”: “Arpaya qarşı tariflərdə gördüyümüz kimi, iqtisadi təzyiqlər qısamüddətli dövrdə ciddi iqtisadi və siyasi zərər vurmağa hesablanır. Lakin koronavirusla bağlı məsələnin araşdırılmasını o qədər çox ölkə tələb edir ki, Pekin onlarına hamısına qarşı bu alətdən istifadə edə bilməyəcək. Eyni zamanda bütün təzyiqlərin Avstraliyaya qarşı yönəldilməsi də uzun çəkməyəcək”.

Pekində yerləşən Jenmin Universitetinin professoru, Çin hökumətinin məsləhətçisi Şi İnxun isə agentliyə bildirib ki, Avstraliyanın ABŞ-a münasibətdə yürütdüyü xarici siyasət nəzərə alınarsa, iki ölkə arasında münasibətlərin daha da pisləşəcəyini gösləmək olar: “Əgər Avstraliya hökumətinin ritorikası əvvəlki kimi hündür tonlu olacaqsa, indiki tələblər qalacaqsa, Çin daha sərt cavab tədbirlərinə əl ata bilər. Yox, Avstraliya hökuməti öz iqtisadi maraqlarını və işgüzar çevrələrin marağını nəzərə alaraq geriyə addım atacaqsa, Çinin belə tədbirlərə əl atmasına ehtiyac olmayacaq”.