|
Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 3 ekipaj üzvü ölüb

Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Mi-8” hərbi helikopteri Moskva yaxınlığındakı Klin yaşayış məntəqəsindən 20 kilometr aralıqda sərt eniş etməsi nəticəsində ekipaj üzvləri aldığı xəsarətlərdən ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə çərşənbə axşamı saat 20:00-da baş verib. Helikopterdə döyüş sursatı olmadan uçuş həyata keçirən 3 nəfərin öldüyü bildirilib.

Hərbi Hava Qüvvələrinin Ali Komandanlığı hadisə yerinə gəlib.

İlkin məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub.