Milli Məclisin plear iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov xalqa qarşı həqarət edənlərin sərt şəkildə cəzalandırılmasını təklif etdi.
“Milli sözünü də biabır edən Milli Şura adlı dərnəyin toplantısında Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər səsləndirilib”-deyə, S.Novruzov bildirdi. Komitə sədri təklif etdi ki, Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti yaratmalıdrı.
“Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özləri bir-birini ifşa etdi. Biri deyir ki, hansısa türk serialının yayımlandığı saatda bu müzakirələr aparmayaq. Yəni Əli Kərimlinin sərsəmləməsinə qulaq asmaq üçün başqa bir vaxt təklif edirlər. Deməli, bir türk serialı Əli Kərimlinin sərsəmləməsindən on qat əhəmiyyətlidir. Biz qanunlarımızı sərtləşdirməliyik. Bu milləti qorumaq hər birimizin borcudur. Ermənidən, başqasından əmələ gələnlər nə danışır-danışsın”.
Komitə sədri Musa Quliyev də S.Novruzovla həmfikir olduğunu bildirdi: “Biz xalqı bütün viruslardan və zərərvericililərdən qorumalıyıq”.
